Xorvatiya bu gün Çexiya ilə qarşılaşacaq
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, Çexiya doğma meydanda Xorvatiya ilə münasibətlərini aydınlaşdıracaq.
Meydan sahibləri görüşə optimal heyətlə çıxacaq. Komandanın düşərgəsində itki yoxdur.
Xorvatiyada isə əsas itki Yosip Stanişiçin adı ilə bağlıdır.
Oyuna 22:45-də start veriləcək.