Xorvatiya - Macarıstan görüşü ərəfəsində insident

AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya – Macarıstan görüşü ərəfəsində, azarkeşlər arasında insident baş verib.

Sportline.az xəbər verir ki, fanatlar, dünən axşam və bu gün səhər, oyunun keçiriləcəyi Split şəhərində dalaşıblar. Nəticədə qonaqların bir azarkeşi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.

Hadisəyə görə 5 nəfər xorvatiyalı, 1 nəfər macarıstanlı fanat saxlanılıb.

Qeyd edək ki, bu gün “Polyud” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.