Xuliyan Alvarez “Atletiko”da xoşbəxt deyil
"Atletiko Madrid"in argentinalı forvardı Xuliyan Alvarez klubda xoşbəxt deyil.
Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun klubla kubok qazanmamasıdır.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
"Barselona" X.Alvarezi transfer etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm meydana çıxdığı 14 matçda 7 qol, 4 məhsuldar ötürmə müəllifi olub.