XXI turun oyunlarının vaxtı dəyişdirildi

Yüksək Liqada XXI turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi martın 8-də deyil, bir gün sonraya təyin edilib.

SportLine.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb martın 5-də və 6-da ölkə kubokunun 1/8 final mərhələsinin oyunlarının keçirilməsi və kubokla çempionat oyunları arasında 48 saatdan az vaxtın olmasıdır.

Buna görə də XXI turun qarşılaşmaları martın 9-da Olimpik Starda olacaq.