"Barselona"nın B planı
"Barselona" Xulian Alvarez transferini reallaşdıra bilməyəcəyi təqdirdə onun alternativini müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, Kataloniya klubu “İnter”in hücumçusu Lautaro Martinezi Alvarez transferinin baş tutmaması halında əsas alternativ kimi nəzərdən keçirir.
Xulian Alvarez isə "Barselona"nın hücum xəttini gücləndirmək üçün əsas hədəfi olaraq qalır. Lakin “Atletiko Madrid”in argentinalı futbolçunu satmaq istəməməsi səbəbindən danışıqların çətin keçəcəyi gözlənilir.
“İnter”də çıxış edən Lautaro Martinez isə "Barselona"nın idman direktoru Deko və baş məşqçi Hansi Flik tərəfindən yüksək qiymətləndirilir.
Kataloniya klubu hücum xəttini gücləndirmək üçün digər variantları da nəzərdən keçirir.
Qeyd edək ki, Lautaro 2018-ci ildən İtaliya klubunda çıxış edir. Futbolçu ötən mövsüm çıxdığı 45 matçda 24 qol 6 asistlə yadda qalıb. Onun klub ilə müqavilə müddəti 2029- un yayında başa çatır, transfer dəyəri 85 milyon avro təşkil edir.