"Çelsi"də yeni transfer
“Çelsi” “Rayo Valyekano”nun müdafiəçisi Pep Çavariyanı transfer edib.
Sportline.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı sol cinah müdafiəçisi “Çelsi” ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Daha əvvəl İngiltərə təmsilçisinin bu transfer üçün 19 milyon avro ödəyəcəyi, müqavilədə əlavə 2 milyon avroluq bonusların da nəzərdə tutulduğu bildirilmişdi.
Qeyd edək ki, Pep Çavariya ötən mövsüm “Rayo Valyekano”nun heyətində bütün turnirlərdə 44 oyunda meydana çıxıb. İspaniyalı futbolçu 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.