Yalnız 3 futbolçu Dünya çempionatında bir turnirində 10 qolda məhsuldarlıq göstərərək çempion olub

Futbol tarixində cəmi üç oyunçu FİFA Dünya Çempionatının bir turnirində 10 qol iştirakına (qol + assist) imza atıb və eyni zamanda çempionluq sevinci yaşayıb.

Sportline.az  ESPN nəşrinə istinadən xəbər verir ki, bu tarixi nailiyyətə imza atan futbolçular bunlardır:

1) Dieqo Maradona 1986 – (Argentina)

Qollar: 5

Assistlər: 5

Komandasının qollarının 71%-də birbaşa iştirak edib.

2) Lionel Messi 2022 – (Argentina)

Qollar: 7

Assistlər: 3

Komandasının qollarının 66%-də birbaşa iştirak edib.

3) Pele 1970 – (Braziliya)

Qollar: 4

Assistlər: 6

Komandasının qollarının 52%-də birbaşa iştirak edib.

Bu göstərici Dünya çempionatı tarixində fərdi məhsuldarlıq baxımından ən yaddaqalan rekordlardan biri hesab olunur.

Banner