Yamal “Barselona” ilə yeni müqavilə imzalayacaq

"Barselona"nın futbolçusu Lamin Yamalın komandada qalma ehtimalı var.

Sportline.az jurnalist Nikolo Şiranın məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu 17 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir.

“Barselona” 2031-ci ilə qədər yeni müqavilə imzalamağı planlaşdırır, hazırkı müqavilə 2026-cı ilin yayına kimi hesablanıb.