Yamal məşqdə iştirak etməyib
“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı ilin ilk məşqini buraxıb.
Sportline.az xəbər verir ki, 18 yaşlı futbolçu məşq bazasına gəlsə də, qısa bir müddətdən sonra geri qayıdıb.
Yamalın ümumi narahatlıq səbəbindən məşqdə iştirak etmədiyi bildirilib. Amma onun yanvarın 3-də La Liqada “Espanyol”la keçiriləcək Kataloniya derbisində iştirak etmək şansının böyük olduğu vurğulanıb.
Qeyd edək ki, Yamal bu mövsüm 14 La Liqa oyununda 7 qol vurub və 7 qol ötürməsi edib.