Yannik Sinner üçüncü turda

Mövsümün üçüncü böyük tennis turniri Uimbildonda Yannik Sinner üçünçü tura yüksəlib.

Sportline.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən böyük dəbilqə turnirində kişilərin tək yarışında dünya 1 nömrəsi Yannik Sinner ikinci turda Matteo Berrettini ilə qarşılaşıb.

3 saat 42 dəqiqə davam edən yarışda italiyalı tennisçi həmyerlisini 7-6, 7-6, 2-6 və 7-6-lıq setlərlə 3-1 hesabı ilə məğlub edərək adını üçüncü tura yazdırıb.

Qeyd edək ki, Sinnerin növbəti mərhələdəki  rəqibi 2-ci turun görüşləri bitdikdən sonra məlum olacaq.