Yeni ilin ilk transferi

"Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb. 

SportLine.az klubun rəsmi saytına istinadla xəbər verir ki, "qartallar" müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər "Zirə”nin formasını geyəcək.
 
Sadiq Quliyev ötən mövsüm də "Zirə"nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu "Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi "qartallar”ın sıralarına qoşulub.