Yeniyetmələrin III Yay Olimpiya Oyunları start götürdü

Buenos Ayres 2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunları start götürüb. SportLine.az xəbər verir ki, 6 oktyabr tarixində oyunların açılış mərasimi keçirilib. Burada iştirakçı komandalar Beynəlxalq və Milli Olimpiya Komitələrinin rəsmiləri iştirak edib.

Bu gündən isə yarışlar başlayır.

Azərbaycan Olimpiya komandasından cüdo, stolüstü tennis, idman gimnastikasi və taekvondo idman növləri üzrə idmançılar mübarizəyə qoşulacaq. Cüdo yarışlarında 44 kq çəki dərəcəsi ilə Vüsalə Kərimova  Bolqarıstan idmançısı Aleksa Georgiyeva ilə mübarizə aparacaq. 66 kq çəki dərəcəsində Vüqar Talıbovun rəqibi isə Yəmənli Al-Sagheer Ahaddir.

Stolüstü idman növü üzrə qadınların tək yarışında isə Azərbaycanı təmsil edən Ning Jing ilə Taivanlı Su Pei-ing bacarığını göstərəcək. Həmin idman növü üzrə kişilərin tək yarışında Azərbaycanı Yu Khinhang ilə Misirli Abdel-Aziz Youssef təmsil edəcək.