Yılmaz Vuralın karyerasında 38-ci komanda

Türkiyəli futbol mütəxəssisi Yılmaz Vural I Liqada mübarizə aparan "Adana Demirspor"a baş məşqçi təyin olunub. SportLine.az xəbər verir ki, bu postda Tayfur Havutçunu əvəzləyən 63 yaşlı çalışdırıcı, həm də yeni rekord müəyyənləşdirib. Belə ki, "Adana Demirspor" Vuralın karyerasında 38-ci komanda olub. Mütəxəssis bu göstərici ilə Türkiyə futbolunda liderdir. 

Qeyd edək ki, "Adana Demirspor" hazırda komanda 31 turdan sonra 50 xalla 4-cü yerdədir.