Yoahim Löv qayıdır
Yoahim Löv Dünya Çempionatına qədər Qana millisinə rəhbərlik edə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər arasında aparılan intensiv danışıqlardan sonra şəxsi müqavilə şərtləri demək olar ki, razılaşdırılıb.
Qana Futbol Assosiasiyası komandanı 2026-cı il dünya çempionatına hazırlamaq üçün təcrübəli mütəxəssislə qısamüddətli müqavilə bağlamaq istəyir.
Müqavilənin əsas məqsədi yalnız 2026 Dünya Çempionatına qədər milli komandaya rəhbərlik etməkdir.