Yosko Qvardiolun adı İspaniya nəhəngi ilə hallanır
"Mançester Siti"nin futbolçusu Yosko Qvardiol karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" 24 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda jurnalist Joze Feliks Diaz məlumat yayıb.
Qeyd edək ki, Y.Qvardiol dəyəri 70 milyon avrodur.