Yüksək Liqa: Finalçılar bəlli oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında finalçıların adlarına aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, "Xəzər Cənub" komandası pley-off mərhələsinin 3-cü görüşündə "Neftçi" İK-ya 6:5 hesabı ilə qalib gəlib. Bu komandalar ilk iki oyunda hərəyə bir dəfə qələbə qazanmışdılar. Ümumi hesaba 3 görüşün nəticəsinə görə qalib gələn "Xəzər Cənub" klubu finala yüksəlib.

"Xəzər Cənub"un rəqibi "Araz" komandası olacaq. Həlledici görüş mayın 17-də baş tutacaq. Həmin gün "Neftçi" İK üçüncü yer uğrunda EKOL-la qarşılaşacaq.