Yüksək Liqada ilin ilk təyinatları

Futzal üzrə Yüksək Liqada 2019-cu ilin ilk təyinatları açıqlanıb. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, XV turun oyunlarına təyinatlar bəlli olub.

Yanvarın 25-də başlayacaq turun hakimləri müəyyənləşib. Turun ilk iki görüşü ayın 25-də, son matçı 4 gün sonra baş tutacaq.

Yüksək Liqa 

Yasamal MFK Baku – Araz
25 yanvar. Bakı İdman Sarayı. Saat 15:30
Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Rahin Heybətov

Yasamal İSK – Liman
25 yanvar. Bakı İdman Sarayı. Saat 17:30
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Vüsal Balaşov

Xəzər Cənub – Neftçi İK
29 yanvar. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Vüsal Balaşov