Yüksək Liqada IX tura start verilir

Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun ilk oyununun vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, turun açılış matçı yanvarın 18-də keçiriləcək.

Yüksək Liqanın favoritlərindən olan “Azərreyl” autsayder MOİK komandası ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.

Qeyd edək ki, hazırda hesabında 15 xal olan “Azərreyl” “Murov Az Terminal”la birlikdə 2-3-cü yerləri bölüşdürürlər.

MOİK isə ilk 8 turda xal qazana bilməyən yeganə komandadır.