Yunan- roma güləşi üzrə komandamızda dəyişiklik

Yunan-roma güləşi üzrə seçmə komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi istefaya göndərilib. SportLine.az xəbər verir ki, onu gənclərdən ibarət komandanın çalışdırıcısı Şaban Donat əvəzləyəcək. Xatırladaq ki, yunan-roma güləşçilərimiz Xeyrabadinin rəhbərliyi ilə Rio Olimpiadasında 2 bürünc medal qazanıb. AGF-dən rəsmi məlumat verilməsə də, olimpiadadakı nəticədən narazı qalan  federasiya rəhbərliyinin iranlı mütəxəssisin istefaya göndərəcəyi gözlənilən idi.