Yunanıstan çempionu müəyyənləşdi

Avropa ölkəsində çempion müəyyənləşib. 

Sportline.az xəbər verir ki, Yunanıstan Super Liqasının qalibi sona 6 tur qalmış məlum olub.

"Olimpiakos" komandası tarixində 45-ci dəfə ölkə çempionluğu əldə edib. "Qırmızı-ağlar" XXX tur matçında AEK-ə səfərdə 2:1 hesabı ilə qalib gələrək, xallarını 78-ə çatdırıblar. 

İkinci yerdə gedən PAOK sahibi İvan Savvidinin "Ksanti"ni də əlində saxlaması üzündən 7 xaldan məhrum edilib. Bu səbəbdən, Saloniki təmsilçisinin xalı 59-a enib və liderə çatması mümkünsüzləşib. "Olimpiakos" sonuncu dəfə 2016/2017 mövsümündə çempion olub.