Yunanıstan millisinin üzvü Premyer Liqada çıxış edə bilər

“Brügge”nin yunanıstanlı sol cinah vingeri Kristos Tzolis İngiltərə klublarının maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "Tottenhem", "Aston Villa", "Vest Hem Yunayted" və "Kristal Pelas" klubları 23 yaşlı futbolçunu transfer etmək istəyir.

K.Tzolis bu mövsüm meydana çıxdığı 23 matçda 8 qol, 9 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, sözügedən oyunçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.