Yunis Hüseynov təkzib etdi
Bir neçə gün öncə mətbuatda I Divizion təmsilçisi "Səbail"in Yunis Hüseynovla danışıqlar aparması haqda məlumatlar yayılıb. Sportline.az xəbər verir ki, Rekord.az məsələyə Hüseynovun öz dilindən münasibət öyrənib. Yunis bəyin məsələyə münasibəti isə belə olub: "Bu haqda mənim də məlumatım var. Hətta zəng edib "Səbail"in baş məşqçisi olmağım münasibəti ilə məni təbrik də ediblər (gülür). Amma əslində belə bir şey yoxdur. "Səbail"dən nə mənimlə əlaqə saxlayan olub, nə də danışıq aparan".