Yunus Akgün "Qalatasaray"dan ayrıla bilər
"Qalatasaray"ın 24 yaşlı futbolçusu Yunus Akgün mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Atletiko Madrid", "Napoli" və "Benfika" Yunus Akgünün xidmətində maraqlıdır.
Y.Akgünün hazır ki dəyər "Transfermarkt" portalına görə 11 milyon avrodur.
Qeyd edək ki, Yunusun "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.