Yunus Akgün "Qalatasaray"dan ayrılır?
"Qalatasaray"ın futbolçusu Yunus Akgün mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az jurnalist Nikolo Şikhiranın məlumatına istinadən xəbər verir ki, "Borrusiya Dortmund" Yunus Akgünü heyətinə qatmaq istəyir.
İstanbul nəhəngi 24 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, "Borussiya Dortmund" Yunus üçün 20 milyon avro təklif etmişdi.