Yurçeviç və qızlarının Azərbaycan sərgüzəştləri

Futbol üzrə milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Zaqrebə sonuncu səfərindən Bakıya tək dönməyib.

Sportline.az xəbər verir ki, onunla birlikdə qızları Laura və Lana da Bakıya gəlib. Həyat yoldaşı Sandra Yurçeviç də Nikola ilə  birlikdədir.

Amma onların Bakıya gəlişi təkcə atalarının yeni işiylə tanış olmaq, onu burda darıxmamağa qoymamaq deyil. Gənc qızlar paytaxtımıza səfər üçün məhz bu tarixi ona görə seçiblər ki, Bakıda keçirilən "Formula 1" yarışlarını da izləsinlər.

Gənc qızlar valideynləri birlikdə "Bulvar Otel"dəki lüks otaqlarda məskunlaşıblar. Onlar "İnstagramm" vasitəsiylə burda gördüklərini dostları ilə paylaşıblar.

Dünən keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasını izləyənlər arasında Yurçeviçlər ailəsi də olub. İlk dəfə əyalətə üz tutan millimizin baş məşqçisini bu səfər zamanı köməkçiləri yox, məhz həyat yoldaşı və qızları müşayət edib. Onlar Bakıda olduğu kimi, Qəbələdə də gördüklərindən təəccüblənib, xoş mənzərə ilə qarşılaşdıqlarını bildiriblər. Qarşılaşmanı ataları ilə birlikdə Qəbələ şəhər stadionunun VİP bölməsindən izləyən qızlar "qırmızı-qaralar"ın rəhbərliyi tərəfindən hədiyyə olunan çay dəstgahını da böyük məmnuniyyətlə qarşılayıblar.

Daha sonra Yurçeviçlər ailəsi dağlara qalxıb, ordakı təbiət mənzərələri ilə də tanış olublar. Gəzintidən sonra xorvatiyalı qonaqlara bahalı restoranların birində şam yeməyi verilib. 

"Formula 1"dən sonra Zaqrebə dönəcək Laura ilə Lananın Bakıya dəniz mövsümü açılanda qayıtması gözlənilir.