Yurçeviçin qızı ailə həyatı qurdu
Milli komandamızın sabiq baş məşqçisi Nikola Yurçeviçin qızı Lana Yurçeviç ailə həyatı qurub.
Sportline.az xəbər verir ki, Lana bir müddətdir sevgili olduğu makedoniyalı futbolçu Rista Riki Mitrevskiyə ərə gedib. Cütlüyün toyu dünən Zaqrebdəki Müqəddəs Marka kilsəsində olub. Mərasimdə yalnız ailəyə yaxın insanlar iştirak edib.
Yurçeviçin qızı hamilədir və cütlük övlad gözləyir.