Yurqen Klopp "Dortmund"a qayıda bilər
Mövsümün sonu "Liverpul"u tərk edəcək Yurqen Kloppla bağlı yeni bir iddia ortaya atılıb.
Sportline.az "The İndependent"ə istinadla xəbər verir ki, "Borussiya Dortmund" rəhbərliyi Yurqen Kloppu növbəti mövsümdən komandanın "sükanı arxasında" görmək istəyir.
Xatırladaq ki, bu ilin yanvar ayında Klopp "Liverpul"u tərk edəcəyini bildirmişdi.
Qeyd edək ki, Yurqen Klopp daha əvvəl 2008-ci ildən 2015-ci ilə kimi Almaniya klubuna rəhbərlik edib.