Yusuf En-Nesri "Fənərbağça"nı çempionluq yarışında tutdu

Türkiyə Süper Liqasında 16-cı turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Başakşəhər"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Edin Ceko 41, Yusuf En Nesri 74, 90, Kşiştof Piontek 59

"Başakşəhər"in seneqallı futbolçusu Ousseyno Ba 45+1-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalıb.

Qeyd edək ki, "Fənərbağça" 35 xalla 2-ci, "Başakşəhər" isə 22 xalla 7-ci pillədə yer alıb.