"Yuventus" afrikalı futbolçudan razıdır

"Yuventus" Jeremi Boqa ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, Turin klubu 29 yaşlı sol cinah vingeri ilə yeni müqavilə imzalayacaq.

Bu haqda insayder Nikola Şıkira məlumat yayıb.

Qeyd edək ki, J.Boqanın "Yuventus"la hazırki sözləşməsi mövsümün sonunda başa çatacaq.