“Yuventus” brazilyalı futbolçusunu satacaq
“Yuventus”un brazilyalı futbolçusu Douqlas Luiz mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az “Calciomercato”ya istinadən xəbər verir ki, D.Luizin tez-tez zədələnməsi “Yuventus” klubunun rəhbərliyini narahat edir. Bu səbəbdən oyunçuya yaxşı təklif gələcəyi halda satılması mümkündür.
26 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Douqlas Luiz bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.