"Yuventus" bu futbolçuya görə 42 milyon avro tələb edir
"Yuventus" serbiyalı futbolçusu Duşan Vlahoviçlə bağlı qərar verib.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Turin klubu Vlahoviçi mövsümün sonunda satacaq.
25 yaşlı futbolçu üçün "Yuventus" 42 milyon avro tələb edir.
Qeyd edək ki, Vlahoviçlə "Arsenal" və "Aston Villa" klubları yaxından maraqlanır.
O, cari mövsüm çıxış etdiyi 38 matçda 14 qol 5 asistlə yadda qalıb.