"Yuventus" "Çelsi"nin futbolçusu ilə anlaşıb
"Yuventus" "Çelsi"nin portuqaliyalı futbolçusu Renato Veiqa üçün rəsmi təklif göndərib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Turin klubu R.Veiqa üçün "Çelsi"yə 15 milyon avro təklif edib.
London klubu təklifə müsbət cavab verib.
Qeyd edək ki, transferin bu həftə reallaşacağı gözlənilir.