"Yuventus" çempion!
İtaliya A Seriyasında 2015/2016 mövsümünün qalibinin adı bəlli olub. SportLine.az xəbər verir ki, Turinin "Yuventus" klubu "Skudetto"ya sahib çıxıb. Ötən gün "Fiorentina"nı üstələyən "Qoca sinyora"nın çempionluğu bu gün "Roma" - "Napoli" matçında dəqiqləşib. Neapolluların matçı xalsız başa vurması "Yuve"ni vaxtından əvvəl qalib edib.