"Yuventus" çətin vəziyyətdə

"Yuventus" futbolçulardan 4 aylıq maaş gecikməsinə razı olmaqlarını istəyir.

Sportline.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Koronavirus pansemiyasının büdcədə problemlər yaratması səbəbindən klub oyunçularından ötən il də olduğu kimi belə bir anlaşma tələb edir. Lakin, bu dəfəki danışıqlar "Yuventus"un istədiyi kimi getməyə bilər. Bəzi oyunçuların müqavilələri bu mövsümün sonund abaşa çatır. Ona görə də həmin futbolçular gələcəklərini "Yuventus"la əlaqələndirmək niyyətində deyillər.

Qeyd edək ki, "Yuventus" ötən il də oyunçuların maaşını 4 ay gecikdirmişdi.