"Yuventus" derbidən əvvəl 3 futbolçusunu cəzalandırdı

İtaliyanın "Yuventus" klubu karantin qaydalarını pozan 3 futbolçusu ilə bağlı qərar verib.

Sportline.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ueston Makkenni, Paulo Dibala və Artur Ramos XXIX turda "Torino" ilə derbi oyununu buraxacaqlar.

Ölkə çempionu həmin oyunçulara pul cəzası da verib, lakin məbləğ açıqlanmayıb.

Qeyd edək ki, futbolçular koronavirus əleyhinə protokolun pozulması ilə bağlı qalmaqala səbəb olub. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evindəki qonaqlığa qatılıblar. Yığıncaqda təxminən 20 nəfər iştirak edib.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Torino" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.