“Yuventus” “Dortmund”da qarşı

UEFA Çempionlar Liqasında 2025-2026-cı illər mövsümünə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, "Yuventus" öz meydanında "Borussiya Dortmund"la qarşılaşacaq.

"Qoca sinyora"da Arkadüş Milik və Çiko Konseysao zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Yeni transfer Edin Zeqrovanun durumuna oyun saatlarında aydınlıq gələcək.

"Borussiya Dortmund"da isə itkilərin sayı daha çoxdur. Paskal Qross, Emre Can, Niko Şlotterberq, Niklas Süle, Fabio Silva və Julien Duranvill zədədən əziyyət çəkir. 

Qeyd edək ki, "Yuventus" - "Borussiya Dortmund" oyunu bu gün saat 23:00-da başlanacaq.

Görüşün ədalət təmsilçisi fransalı Fransua Leteksiye olacaq.