“Yuventus” forvardını satır

“Yuventus” Duşan Vlahoviçi satışa çıxardı.

Sportline.az xəbər verir ki, “Yuventus” rəhbərliyi Duşan Vlahoviçlə yolları ayırmaq niyyətindədir.

Bu haqda jurnalist Aleks Krook məlumat yayıb.

Turin klubu serbiyalı hücumçunun transfer qiymətini təxminən 30 milyon avro olaraq müəyyənləşdirib.

Məlumata görə, Premyer Liqa nəhəngləri – “Nyukasl Yunayted” və “Liverpul” futbolçu ilə maraqlanan klublar arasında yer alır.

Vlahoviç 2024/25 mövsümündə “Yuventus”un heyətində əsas fiqurlardan biri olub, lakin klubun iqtisadi vəziyyəti onun satışını gündəmə gətirib.