"Yuventus" məşhur hücumçunun ovuna çıxıb

"Yuventus" klubu, hücum xəttini gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, turinlilər “Leyptsiq”in forvardı Timo Verneri hədəfləyiblər.

 24 yaşlı hücumçu üçün əsas müştəri “Liverpul” klubu sayılsa da, “Yuventus” da Verner üçün tələb edilən məbləği ödəməyə hazırdır.

“Leyptsiq” daha öncə almaniyalı oyunçu üçün 70 milyon avro tələb edib. Ancaq komandanın çempion ola bilməyəcəyi təqdirdə Vernerin qiymətinin 50 milyon avroya enəcəyi bildirilir.

Qeyd edək ki, 24 yaşlı forvard cari mövsüm Bundesliqada 27 oyun keçirib və 24 qol vurub.