“Yuventus” İngiltərə klubuna elçi düşüb

"Yuventus" qapıçı transferi üçün axtarışlarını sürdürür.

Sportline.az xəbər verir ki, “qoca sinyora”nın rəhbərliyi Mikele Di Qreqorionun çıxışından razı deyil.

Turin təmsilçisinin hazırkı əsas transfer hədəfi isə "Tottenhem"in qapıçısı Qulyelmo Vikariodur.

İngiltərə klubu bu keçid üçün 30 milyon avro tələb edir.

İtaliya millisinin də əsas qapıçılarından olan Vikario ilə “Tottenhem” arasındakı müqavilə 30 iyun 2028-ci ilə qədər qüvvədədir.