"Yuventus" ingiltərəli futbolçu üçün hərəkətə keçib

"Arsenal"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Rahim Sterlinq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" Sterlinqi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

30 yaşlı futbolçu müqavilə əsasında "Çelsi" klubuna məxsusdur. 

Qeyd edək ki, Sterlinq bu mövsüm çıxış etdiyi 23 matçda 1 qol və 4 asistlə yadda qalıb.