"Yuventus" İtaliya Kubokunun finalına çıxdı
"Yuventus" İtaliya Kubokunun 1/2 finalının cavab matçında Milan "İnter"ini qəbul edib.
Sportline.az xəbər verir ki, görüş Turinin "Alyans-Yuventus" stadionunda keçirilib və 0:0 hesabı ilə başa çatıb.
"İnter" və "Yuventus" komandaları arasında birinci yarımfinal matçı bir həftə əvvəl - fevralın 2-də, Milanın "Cuzeppe Meassa" stadionunda olub. Qarşılaşma “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Turin klubu İtaliya Kubokunun finalına çıxıb.
Qeyd edək ki, Andrea Pirlonun komandası həlledici görüşdə “Napoli” - “Atalanta” cütünün qalibi ilə üz-üzə gələcək.