"Yuventus" Kostiçlə bağlı qərar verdi

"Yuventus" Filip Kostiçlə yeni müqavilə imzalamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto sport" nəşri məlumat yayıb.

33 yaşlı sol cinah müdafiəçisinin klubla sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Kostiç ötən mövsümü "Fənərbağça"da icarə əsasında keçirmişdir.