“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı
İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”nu qəbul edib.
Sportline.az xəbər verir ki, oyunda ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.
Lakin matçın davamında “Qoca Sinyora”nın futbolçuları fərqlənib. Belə ki, 39-cu dəqiqədə Adrien Rabyo fərqi azaldıb. İspaniyalı hücumçu Alvaro Morata isə 57 və 60-cı dəqiqələrdə dubl edib.
Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.