"Yuventus" "Mançester Yunayted"in danimarkalı futbolçusunu transfer etmək istəyir

"Yuventus" "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund üçün hərəkətə keçib.

Sportline.az "JuveLive" nəşrinə istinadən xəbər verir ki, Turin klubu bu keçid üçün "Mançester Yunayted"ə 50 milyon avro ödəməyə hazırdır.

Höylund 2023-cü ilin yayında "Atalanta"dan "Mançester Yunayted"ə 73.9 milyon avro qarşılığında transfer olunmuşdu.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 31 matçda rəqib qapılarından 7 top keçirib.