“Yuventus” “Mançester Yunayted”lə razılıq əldə edib

"Yuventus" ingiltərəli futbolçu Ceydon Sanço üçün "Mançester Yunayted"lə razılıq əldə edib.

Sportline.az xəbər verir ki, bu haqda "Sport Media Set" nəşri məlumat yayıb.

Turin klubu bu keçid üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sanço "Yuventus"a keçməyə müsbət yanaşır.