"Yuventus" məğlub oldu

"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Turin klubu 22-ci turda "Napoli"nin qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Napoli" - "Yuventus" - 1:0
Qol: 
İnsinye, 31-pen

Bu nəticədən sonra "Yuventus" 42 xalla 3-ci, "Napoli" 37 xalla 6-cıdır. Turnir cədvəlinə 49 xalla "Milan" başçılıq edir. "İnter" 47 xalla 2-cidir.