"Yuventus" Mxitaryanın komandasını məğlub etdi

“Yuventus” İtaliya A seriyasında növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, Turin təmsilçisi 21-ci turda “Roma”nı qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Yuventus” turnir cədvəlində 42 xalla 3-cü, “Roma” isə 40 xalla 4-cü pillədə qərarlaşır.

“Yuventus” – “Roma” – 2:0
Qollar: Ronaldo, 13 (1:0), İbanes, 69 (öz qapısına, 2:0)