"Yuventus" "Nottingem"ə dəyişə bilər

"Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Tutto Sport" nəşrinə istinadən xəbər verir ki, "Nottingem Forest" Duqlas Luiz üçün mövsümün sonunda "Yuventus"a rəsmi təklif göndərəcək.

26 yaşlı yarımmüdafiəçinin Turin klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Duqlas Luiz "Nottingem Forest"də çıxış etməyə müsbət yanaşır.