"Yuventus" "Qalatasaray"a 70 milyon avro ödəməlidir

"Qalatasaray"ın forvardı Viktor Osimhen "Yuventus"un radarındadır.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi nigeryalı hücumçu üçün 70 milyon avro tələb edir.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Osimhen bu mövsüm meydana çıxdığı 25 matçda 17 qol, 6 asistlə yadda qalıb.