"Yuventus" Ronaldu ilə yeni müqavilə imzalamağa hazırdır

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu daha bir il İtaliyanın "Yuventus" klubunun formasını geyinə bilər.

Sportline.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı hücumçunun müqaviləsini 2023-cü ilin yayınadək uzatmağa hazırdır.

Təcrübəli oyunçunun ölkə çempionu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatır. O, cari mövsüm 23 matçda 22 qol vurub.

Qeyd edək ki, 2018-ci ildən "Yuventus"un formasını geyinən Kriştianu Ronaldu həm A Seriyası, həm də İtaliya Super Kubokunun iki dəfə qalibi olub.